Onlayn ictimai-siyasi qəzet
Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Xatırladaq ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov iki gün öncə Bakını leysanlardan qorumaq üçün tunelləri bağlayacağını anons edib. Şəhər növbəti fəlakətdən necə çıxacaq?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ