Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Nyu-Cersi ştatında baş vermiş nəhəng meşə yanğını minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.
Musavat.com xəbər verir ki, Nyu-Cersinin Ouşn dairəsində başlayan və sürətlə yayılan meşə yanğını artıq 1,3 min hektarlıq ərazini külə döndərib. Hadisə nəticəsində təxminən 3 min sakin təxliyə olunub.
Yerli meşə yanğınları xidmətinin verdiyi məlumata görə, alovun yalnız kiçik bir hissəsi nəzarət altına alınıb. Yanğınsöndürmə işləri fasiləsiz şəkildə davam etdirilir.
Hazırda yanğının dəqiq səbəbi məlum deyil və araşdırmalar aparılır. Hava şəraitinin küləkli olması alovun yayılmasını daha da sürətləndirib.
Hakimiyyət orqanları və fövqəladə hallar xidmətləri əhalini ehtiyatlı olmağa çağırır.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ