İnsanlara hürriyət, millətlərə istiqlal!

Ömürlük məhkumu azadlığa çıxaracağını demişdi: Özü həbs edildi

“Tərtər işi” üzrə ömürlük azadlıqdan məhrum edilən Elşən Qasımovun anasından yalan vədlə pul alan şəxsin işinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Zaur Seyidov adlı şəxs E.Qasımovun azadlığa buraxılmasına nail olacağını deyərək Ofeliya Qasımovadan 20 min manat alıb. Zaur Seyidova şərti cəza verilməsi ilə bağlı hökmdən protest verilib.

Gəncə Apellyasiya Məhkəməsində baxılan işdə prokuror etirazını əsaslandırıb.

Prokuror təqsirləndirilən şəxsə cəza təyin edilərkən qanun pozuntusuna yol verildiyini, həmçinin dəymiş ziyanın tam ödənilmədiyini deyib.

Zərərçəkmiş Ofeliya Qasımova qeyd edib ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona 20 min manat məbləğində maddi ziyan dəyib, həmin ziyanın isə 9 870 manatı ödənilməyib.

Məhkəmə dövlət ittihamçısının protestini və zərərçəkmişin şikayətini əsaslı hesab edib. Qərara əsasən, Zaur Seyidova şərti cəza verilməsi ilə bağlı hökm dəyişdirilib, ona 2 il müddətinə həbs cəzası verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR