Onlayn ictimai-siyasi qəzet
Bu gün tanınmış aktyor, Xalq artisti Ənvər Həsənovun doğum günüdür. Sənətkarın 73 yaşı tamam olur.
Bu münasibətlə Demokrat.az sevilən aktyordan təəssüratlarını öyrənib:
“Ümumiyyətlə, ad günlərini qeyd etməyi sevirəm, dostlarla görüşürük, ötən günləri xatırlayırıq. Amma bu il o ab-havada deyiləm. Sənət dostlarımı, əzizlərimi itirdim bu il. Dünəndən gəlirlər, zəng edib, təbrik edirlər. “İctimai” gəldi, çəkdi. Evdə də hazırlıq görürlər…”
Aktyor bir qədər gileylənib:
“Ölmək arzulayıram… Bu nə həyatdı yaşayıram?! Heyf deyildi əvvəllər?! İşləyirdik, məşğuliyyətimiz vardı. İndi bütün günü kresloda oturub, krossvord edirəm…
Haqqımda kitab yazılıb, sentyabrda Bakı Kitab Mərkəzində təqdimatı olacaq. Ad günüm ərəfəsində olacaqdı təqdimat, amma istidi. Sentyabra saldım, gəlmək istəyənlərə rahat olsun”.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa obrazlarla yadda qalıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ