Onlayn ictimai-siyasi qəzet
Nyu Yorkda Hudson çayı üzərində qəzaya uğrayan helikopterdə Siemens şirkətinin İspaniya və Cənub-Qərbi Avropa bölməsinin baş direktoru Aqustin Eskobar, həyat yoldaşı Merce Camprubi Montal və üç uşağı həlak olublar.
Musavat.com xəbər verir ki, məlumatı ABC News yayıb.
Faciə aprelin 10-da baş verib, helikopter idarəetməni itirərək suya düşüb. Eskobarın ailəsindən başqa, 36 yaşlı pilot da həlak olub. Telekanalın hüquq-mühafizə orqanlarındakı mənbələrindən verilən məlumata görə, mərhumun uşaqları 4, 5 və 11 yaşlarında olub.
Aqustin Escobar 2022-ci ildən Siemens-in İspaniya bölməsinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında bölmə enerji və avtomatlaşdırma sahələrində innovativ texnologiyaların tətbiqi ilə məşğul olub.
ABŞ prezidenti Donald Tramp X hesabında hadisəni kabus adlandırıb və Amerika səlahiyyətlilərinin tezliklə insidentin səbəbləri ilə bağlı ilkin nəticələri təqdim edəcəyinə söz verib:
"Dəhşətlidir, helikopter Hudson çayına düşdü. Altı nəfər artıq aramızda deyil: pilot, iki böyük və üç uşaq. Qəzanın görüntüləri dəhşətlidir. Nəqliyyat katibi Şon Daffi və onun bacarıqlı işçiləri bu məsələni fəal şəkildə araşdırırlar. Tam olaraq nə baş verdiyi və niyə baş verdiyi ilə bağlı açıqlamalar qısa zamanda veriləcək".
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ