İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda meri Erik Adams fövqəladə vəziyyət elan edib.

APA TAS-a istinadən xəbər verir ki, bunun şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar ilə qəbul edildiyi açıqlanıb.

E.Adams Texas və Floridadan ölkəyə keçən mühacir axınının Nyu-Yorka dözülməz bir yük gətirdiyini deyib. Təxminən 50 000 evsizin yaşadığı Nyu-Yorkdakı sığınacaqlar son bir neçə ay ərzində sərhəd bölgələrindən göndərilən qeyri-qanuni miqrantlarla dolub, bəzi qaçqınlar isə boş hotel və düşərgələrə yerləşdirilib. Mer bildirib ki, Nyu-Yorkda müvəqqəti icarəyə götürülmüş 42 hoteldə və sığınacaqlarda qalanların sayı 61 minə çatıb. O, 17 mindən çox qeyri-qanuni miqrantın xəbərdarlıq edilmədən avtobuslarla şəhərə gətirildiyini deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR