İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nüvə silahından istifadə qəbuledilməzdir" - Belarus prezidenti

Belarus prezidenti Aleksandr Lukaşenko nüvə müharibəsi ehtimalından danışıb. AzVision.az xəbər verir ki, o, "Associated Press" agentliyinə müsahibəsində nüvə silahından istifadənin qəbuledilməz olduğunu deyib.

Lukaşenko: "Putin NATO ilə münaqişəyə can atmır"Jurnalist Ukraynada hərbi əməliyyatların uzadılması halında nüvə silahından istifadənin hipotetik mümkünlüyü ilə bağlı Aleksandr Lukaşenkonun fikrini soruşub.

Cavabında Belarus lideri bu cür kütləvi qırğın silahından istifadəni həm də ona görə məqbul bilməyib ki, atılacaq ərazi onlarla sərhəddə yerləşir.

- Tam yaxınlığımızda yerləşmir. Amma ABŞ kimi okeanın o tayında da deyil. Bu, qətiyyən qəbuledilməzdir... Yer kürəsi orbitdən çıxar və biz heç bilmərik hara uçub gedərik, - Lukaşenko deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR