Onlayn ictimai-siyasi qəzet
“Avropa çempionatının başlamasını səbirsizliklə gözləyirik, Bakıda olmaqdan şadıq”.
İdman.biz xəbər verir ki, bunu Norveç millisinin TeamGym disiplini üzrə məşqçisi Benjamin Boama deyib.
O bildirib ki, Milli Gimnastika Arenasında hiss olunan yarışqabağı ab-hava komandanın xoşuna gəlir.
“Arena böyük və genişdir, bütün zallar yaxınlıqda yerləşir. Burada məşq etmək və hazırlaşmaq çox rahatdır”, - deyə mütəxəssis vurğulayıb.
O əlavə edib ki, “Baku TeamGym” üçün hazırlıqlar ötən ildən başlayıb: “2023-cü ilin mayında məşqlərə başlamışıq. Biz Bakıda yeni proqramımızı nümayiş etdirmək və yüksək yerlər uğrunda yarışmaq istəyirik”.
O hesab edir ki, medallar uğrunda əsas rəqabət Danimarka, İsveç, İslandiya və Böyük Britaniya arasında olacaq. Norveçli məşqçi onları əsas favorit kimi görür.
Qeyd edək ki, TeamGym Avropa çempionatı bu gün başlayacaq və oktyabrın 19-dək davam edəcək.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ