Onlayn ictimai-siyasi qəzet
İspaniya hakimiyyəti Rusiya üçün nəzərdə tutulan 13 ton kimyəvi maddədən ibarət partiyanı ələ keçirib, bu maddələr arasında "kimyəvi silah və ya sinir-iflicedici maddələrin mümkün prekursorları" olub, bu barədə İspanita Milli Polisi məlumat yayıb.
Musavat.com xəbər verir ki, Qərb mediasında bunla bağlı yer alan məlumata görə, materiallar Barselona limanında dəniz konteynerində aşkarlanıb və dörd nəfər Barselona və Gironada "Ukraynada müharibə ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyaların pozulması məqsədilə İspaniyadan ticarət şəbəkəsinə rəhbərlik etməkdə" şübhəli bilinərək saxlanılıb.
İspaniya tərəfindən verilən rəsmi açıqlamaya görə əməliyyat 2022-ci ildə başlayan istintaqa əsasən keçirilib: "Rusiya mənşəli vətəndaşlar tərəfindən idarə olunan bir şirkət aşkarlanıb, bu şirkət Rusiyaya kimyəvi məhsulların qanunsuz tədarükü üçün kommersiya, logistika və iqtisadi triangulyasiya sistemini hazırlayıb", - Milli Polis açıqlamasında bildirib.
Olayla bağlı maraq doğuran məqamlardan biri budur ki, İspan şirkətinin Moskvada törəmə şirkəti olub və kimyəvi maddələrin son alıcısı olub, lakin bu son təyinat yeri Ermənistan və Qırğızıstan kimi ölkələrdəki saxta şirkətlər vasitəsilə gizlədilib. Bu saxta şirkətlər məhsulların alıcısı olmayıb, mallar quru yolu ilə Rusiya Federasiyasına daşınıb.
Onu da qeyd edək ki, ABŞ Rusiyanın döyüş meydanında kimyəvi silahdan istifadə etdiyinə dair sübutların olduğunu iddia edir, lakin Kreml bunu təkzib edir.
Böyük Britaniya da yaxınlarda bu hərəkətlərdə, iddiaya görə, həm müharibədə istifadə olunması qanunsuz olan kütləvi iğtişaşların qarşısını alma vasitələrinin, həm də Birinci Dünya Müharibəsi dövründə istifadə olunan kimyəvi silahların - xlorpikrin - tətbiqində iştirak etmiş rusiyalı hərbçilərə qarşı sanksiyalar tətbiq edib.
Xəbərin istinad edildiyi link: https://ru.euronews.com/2024/10/16/ukraine-spain-pewcursor-chemicals-russia
Nəsimi,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ