İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu ərazisi işıqsız qalıb

Bakının Yeni Balaxanı qəsəbəsində bir saatdan çoxdur ki, işıq yanmır.

Musavat.com-a bu barədə sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, ərazidə elektrik enerjisinin xəbərsiz dayandırılması halları tez-tez baş verir.

Onlar bildirirlər ki, nəticədə xüsusilə də ərazidəki obyektlər çətin duruma düşürlər.


Onu da qeyd edək ki, "Azərişıq" ərazidə elektrik enerjisinin kəsilməsi və ya nə zaman bərpası ilə bağlı bildiriş yaymayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR