İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin "Qələbə planı"nın detalları açıqlandı. Nələr baş verəcək? - MARAQLI NÜANSLAR

Oktyabrın 16-da Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin Qələbə Planını təqdim edib.

Musavat.com bildirir ki, planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur. İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib. Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. 4-cü bənddə isə yalnız müəyyən tərəfdaşlara ötürülən gizli təklif var. Ukrayna təbii ehtiyatlara, o cümlədən trilyonlarla dollar dəyərində kritik metallara ev sahibliyi edir. Bunlar, xüsusilə, uran, titan, litium, qrafit - ya Rusiya və müttəfiqlərini, ya da Ukrayna və demokratik dünyanı qlobal rəqabətdə gücləndirəcək strateji qiymətli resurslardır.

Ətraflı "TV Musavat"ın "Səhər Xəbər" verilişində.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR