İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir illər əvvəl himayəsinə götürdüyü yaşlı qadının aqibətindən DANIŞDI

Müğənni Nadir Qafarzadə illər əvvəl himayəsinə götürdüyü yaşlı qadından danışıb. 

İfaçı "İncə səhər" proqramında qadının onun başına oyun açdığını deyib. O bildirib ki, qadın əvvəl özünü kimsəsiz kimi təqdim etsə də, sonradan çoxlu qohumu olduğu ortaya çıxıb:

"Onu dövlət himayəsinə verdim. Gedib yanına baş çəkirdim. Orada ona yaxşı da baxırdılar. Gördüm qadının qohumları var, ölü arxasınca danışmaq olmaz. Amma gərək deyim. Qohumları ilə danışırdı: əmi, bibi nəvəsi, xalası. Hamısı ortaya çıxdı".

Qeyd edək ki, N.Qafarzadə illər əvvəl ATV telekanalında yayımlanan "Sən tək deyilsən" verilişində qonaq kimi iştirak etdiyi zaman ahıl yaşda kimsəsiz bir qadını öz himayəsinə götürüb. O, daha sonra qadını ahıllar evinə yerləşdirib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR