Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq ticarət şəbəkələri Qərb ölkələrinin sanksiyalarından ehtiyat edərək Gürcüstan ixracatçıları ilə uzunmüddətli müqavilələr bağlamaqdan çəkinirlər.
Musavat.com xəbər verir ki, bu məlumatı Gürcüstan İxracın İnkişafı Assosiasiyasının müşahidə şurasının üzvü Qvantsa Meladze bpn.ge-yə açıqlayıb: “İxracın İnkişafı Assosiasiyası Baltikyanı ölkələrlə fəal əməkdaşlıq edir, ona görə də bizə məlumat əsasən oradan gəlir. Məlumatlar göstərir ki, Gürcüstan məhsullarına sifarişlər, ümumilikdə bu istiqamət dayanır”.
Onun sözlərinə görə, bu vəziyyət onunla bağlıdır ki, “beynəlxalq ticarət şəbəkələri hər şey yoluna qoyulmayana qədər problem yaşamaq istəmirlər: “Onlar Belarus ssenarisinin bizimlə təkrarlanmasını istəmirlər ki, sonra bəzi müqavilələri ləğv etməli olmasınlar. Biz görürük ki, yeni tərəfdaşlıq, uzunmüddətli sazişlər əslində 3-4 aydır ki, qeydə alınmır”.
2024-cü ilin may və iyun aylarında Birləşmiş Ştatlar Gürcüstanın bir sıra hökumət üzvlərinə və hakim “Gürcü Arzusu” partiyasının deputatlarına qarşı şəxsi sanksiyalar tətbiq edib. Avropa İttifaqı da Gürcüstana qarşı sanksiyaların tətbiqi mümkünlüyünü açıqlayıb.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək və Qərb ölkələri əməkdaşlıq perspektivlərini əlaqələndirirlər bu seçkilərin nəticələri ilə: əgər hazırda hökuməti formalaşdıran “Gürcü Arzusu” partiyası qalib gəlsə və mövcud siyasi kurs saxlanılarsa, Aİ və Birləşmiş Dövlətlər Gürcüstana qarşı genişmiqyaslı sanksiyalar tətbiq edə bilər.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ