İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid"də Arda Gülər BÖHRANI

UEFA Millətlər B Liqasında Monteneqro və İslandiyaya qarşı oyunlarda göstərdiyi performansla böyük tərif qazanan Arda Gülər ​​yenidən "Real Madrid"də qalmaqala səbəb olub.

Bu oyunlardan sonra İspaniya mediası Arda Güləri manşetlərə çıxarıb, "Real Madrid" azarkeşləri isə ona az oyun imkanı verən italyan baş məşqçi Karlo Ançelottini tənqid edib.

"El Mundo Deportivo"nin yazıdğına görə, Arda Gülərin oyunu "Real Madrid"in məşqçilər korpusunda fikir ayrılığıa səbəb olub.

Məlumata görə, baş məşqçi Karlo Ançelottinin oğlu və köməkçisi David Ançelotti türk futbolçunun performansının ona ilk 11-likdə yer qazandırdığını düşünsə də, gənc futbolçunun hansı mövqedə oynayacağı ilə bağlı qəti fikir yoxdur.

Yazıda böyük matçlarda Karlo Ançelottinin Arda Güləri ilk 11-liyə salmağa razı olmadığı vurğulanıb. Bu səbəbdən də baş məşqçi ilə köməkçisi David Ançelotti ilə fikir ayrılığının olduğu qeyd edilib.

Bildirilib ki, Karlo Ançelotti üçün əsas problem 19 yaşlı futbolçunu heyətə salmaq üçün hansı ulduzdan imtina etməklə bağlı qərar verməkdir. (demokrat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2024

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR