İnsanlara hürriyət, millətlərə istiqlal!

Nevzorovdan ruslara: “Putinin “Ukrayna banketi”nin pulunu hamınız ödəyəcəksiniz”

 

 “Putinin Ukrayna ziyafətinin bütün iştirakçıları pul ödəməli olacaqlar. Müharibədən sonrakı təzminatlar Rusiyanın iflası və əhalisinin yoxsullaşması təhlükəsi yaradır”.

Musavat.com xəbər verir ki, bu sözlər jurnalist Aleksandr Nevzorov tərəfindən youtube kanalında çıxışı zamanı səslənib.

Müharibə bitdikdən sonra isti münasibətlərin yenidən doğacağına inanmaq axmaqlıqdır. Təbliğatçılar xalqı məğlubiyyətə hazırlamalıdırlar və senzura haqqında danışmamalıdırlar. Putinin böyük ziyafətinin pulunu kimsə ödəməli olacaq. İçirlər, oxuyurlar, sevinirlər, salatları yeyirlər, nərə balığı alırlar... Amma bir yerlərdə qələmlər artıq  işə düşüb, bu davanın hesabını yazır. Bu sadəlövhlərə görə, fevralın 24-də tostu (çıxış) Putin deyibsə, elə hesabı da o ödəyəcək. Amma ödəmə vaxtı çatanda hər şey bitmiş olacaq. Ondan sonra isə Rusiyanı ödəməli olacağı çek gözləyir”,-deyə jurnalist qeyd edib.

Nevzorov hesab edir ki, bütün ödəniş yükü sadə rusların çiyninə düşəcək. Ölkənin təbii sərvətlərini də əlindən ala bilərlər. “Ukrayna müharibəsi milyonlarla rusu yoxsullaşdıracaq. Rusiya pulu ödəməsə, ondan neft, qaz, almaz götürüləcək. Ölkə təzminat yükünü daşımaz hala gələcək”,-deyə müxalif jurnalist qaranlıq tablonu açlıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR