Onlayn ictimai-siyasi qəzet
Rusiyanın tanınmış jurnalisti Aleksandr Nevzorov ABŞ-ın Alyaskadakı Ankoric hərbi bazasında baş verənləri “nadir dərəcədə iyrənc mənzərə” kimi dəyərləndirib.
Musavat.com xəbər verir ki, o, bu sözləri telegram hesabında yazıb.
O bildirib ki, “dünya mədəniyyəti tərəfindən uzun illər ərzində formalaşdırılmış və əzablarla doğulmuş xeyir və şər anlayışları Ankoric bazasının uçuş zolağında dəfn olunub”.
Nevzorovun fikrincə, bu hadisə insanlığın əsrlərlə yaratdığı mənəvi dəyərlərin tapdanması deməkdir.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ