İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi” bu legionerlə danışıqlara başladı - Müqaviləni pozmaqla bağlı

Macarıstanlı müdafiəçi Mark Tamaş və fransalı vinger Kilian Lebonla vidalaşan “Neftçi” daha bir legionerlə danışıqlar aparır.

Syerra-Leonedən olan Alfa Konte ilə yanaşı, Dembo Darbo dəyirmi masa arxasına dəvət edilib.

Baş məşqçi Samir Abasovin istəyinə uyğun olaraq qambiyalı hücumçuya müqaviləni pozmaq təklif edilib.

Çalışdırdıcı Roman Qriqorçukun Azərbaycana gətirdiyi forvardın “Neftçi”nin hücum gücünü zəiflətdiyi qənaətindədirlər. Bakılılar Darboya 3-4 aylıq təzminat ödəyə biləcəklərini söyləyib.

Onu Abasovun gözündən salan həm məhsuldarlığının çox aşağı olması, həm də xroniki zədələrdən əziyyət çəkməsidir.

“Ağ-qaralar” ötən ilin avqustun 28-də afrikalı ilə 2 illik müqavilə imzalayıb.

Bundan əvvəl müqavilə ilə “Əl-Nəsr”ə (BƏƏ) məxsus olan Darbo icarə əsasında Qazaxıstanda - “Astana” və “Ordabaşı”da çıxış edib.

Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya millisində 5 oyun keçirib.  (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR