İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neft silah deyil, onunla atəş açmırlar…”-Səudiyyənin XİN rəhbəri Baydenə cavab verdi

“Səudiyyə Ərəbistanı neftdən ABŞ-a qarşı silah kimi istifadə etməyə çalışmır. OPEC+ neft hasilatını azaltma qərarı qlobal iqtisadiyyatın maraqları baxımından qəbul edilib”.

Azpost.info bildirir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr “Fox News” telekanalına müsahibəsində deyib.

Səudiyyəli nazir bildirib ki, onun ölkəsi neftlə bağlı qərarları siyasiləşdirmir: “Neft silah deyil, döyüş təyyarəsi və ya tank deyil. Siz onunla atəş aça bilməzsiniz. Neft bizim üçün bir əmtəədir, neft qlobal iqtisadiyyat üçün vacibdir. Səudiyyə Ərəbistanının bunu ABŞ-a zərər vermək üçün, ya hər hansı bir siyasi səbəblə bağlılığı barədə fikir kökündən yanlışdır” deyib.

Nazir qeyd edib ki, bütün dünyada iqtisadi artım yavaşlayır. Ona görə də OPEC+ üzvləri enerji bazarının çökməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi neft hasilatını azaldıblar.

Oktyabrın 5-də Vyanada keçirilən görüşdə OPEC+ sazişində iştirak edən ölkələr noyabr ayından neft hasilatını sutkada 2 milyon barel azaltmağa razılaşıb, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıb. Bununla bağlı ABŞ prezidenti Co Bayden ABŞ-da benzinin qiymətinin guya Rusiya və Səudiyyə Ərəbistanının hərəkətləri ucbatından qalxması ilə bağlı fikir bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR