İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətləri dibə gedir: Brent 71 dollar oldu

Dünya neft bazarında qiymət enişi davam edir.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, hazırda Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçersləri 71 dollara ticarət olunur.

Bu, 28 iyun 2023-cü ildən bəri ilk dəfədir ki, neft qiymətləri bir barel üçün 72 dollardan aşağı düşüb.

Eyni zamanda Nyu-York birjasında WTI markalı xam neftin oktyabr fyuçersləri bir barel üçün 67,57 dollar olub.

Qeyd edək ki, bazar hazırda Çindən gələn bədbin məlumatların təsiri altındadır. ABŞ-da ehtiyatların rekord səviyyədə azalması, Liviyada hasilatın düşməsi, eyni zamanda OPEK+ ölkələrinin hasilatı artırmaq planlarını təxirə salmaları belə Çin iqtisadiyyatında artımın zəifləməsi xəbərlərinin təsirini azalda bilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR