İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə əqli, nə də fiziki cəhətdən dövlət başçısı olmağa uyğundur”

Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson ABŞ Prezidenti Co Baydenin səhhəti haqda açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, həkim bu haqda “Fox News”a danışıb.

“Bu şəxs prezident olmağa nə əqli, nə də fiziki cəhətdən uyğundur və bu, pisdir. Birləşmiş Ştatlar Prezidentinin işinin bir hissəsi özünə inam yaratmaq və güc göstərməkdir və o, bunu etmir. O, bunu edə bilməz, bunun üçün çox qocalıb”, - Cekson deyib.

Keçmiş Ağ Ev həkimi əlavə edib ki, Baydenin ikinci müddətə namizəd olmasının əleyhinədir. Onun fikrincə, dövlət başçısının həyat yoldaşı Cil Bayden və ətrafındakı digər şəxslər onun prezidentliyə namizəd olmasına mane olmalıdırlar, çünki bu, biabırçılıqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR