İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Nigar Məmmədovanı YÜKSƏK VƏZİFƏYƏ təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" MMC-nin direktoru Pərvinə İsmayılova vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Nigar Məmmədovaya həvalə olunub.

Xatırladaq ki, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” DOST Agentliyinin Müşahidə Şurasının 5 oktyabr 2021-ci il tarixli qərarı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Mərkəzin yaradılmasında məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR