İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini: “Yeni pensiya konsepsiyasının üzərində iş gedir”

Azərbaycanda 5 uşağı olanlara pensiya güzəşti edilə bilər. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı söylədi. “Bir müddət sonra 5 və daha çox uşağı olanlara güzəştli pensiya təminatının olmasına baxa bilərik”, - nazir müavini bildirdi.

A.Kərimov deputatların fikir və təkliflərinə reaksiyasında bildirdi ki, yeni pensiya konsepsiyasının üzərində iş gedir: “Konsepsiya hazırda müzakirə mərhələsindədir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR