İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının Lavrov və Deripaskanı ifşa edən materiallarına məhkəmədən qadağa  

Moskva məhkəməsi milyarder Oleq Deripaskanın iddiası əsasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bağlı Navalnının təşkilatının hazırladığı araşdırmanın yığışdırılmasını tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Deripaksanın vəkili məlumat yayıb.
Oleq Deripaska 2022-ci ilin avqustunda xarici işlər naziri və onun "yaxın tanışı" (araşdırmaya görə məşuqəsi—red.) deyə bilinən Svetlana Polyakova ilə birlikdə əks olunduqları fotoların silinməsini tələb etmişdi.

Məhkəmə qərarına əsasən, müxalif siyasətçi Aleksey Navalnının komandası on gün ərzində "Yaxtalar, rüşvətlər və məşuqə. Nazir Lavrovun gizlətdiyi nədir" başlıqlı araşdırma-süjeti internet platformalarından gtürməlidir.

Əks halda, təqsirləndirilən şəxslərdən gündəlik 50 min rubl məbləğində cərimə tutulacaq.
Həmin təhqiqatda Polyakova və ailəsinin Deripaskanın əmlakından (villa, yaxta və s.) istifadə etdiyi, Lavrovun isə bunun müqabilində müxtəlif ölkələrdə milyarder biznesmenin maraqları üçün lobbiçilik həyata keçirdiyi vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR