Onlayn ictimai-siyasi qəzet
NATO-ya üzv ölkələr 2024-cü ildə müdafiəyə 1,3 trilyon dollardan çox vəsait xərcləyiblər.
Musavat.com Şimali Atlantika Alyansının illik hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ildəkindən 123 milyard dollar çoxdur.
2024-cü ildə təşkilat ölkələrinin hərbi xərcləri rekord həddə - 1 trilyon 303 milyard dollara yüskəlib. Bunun 818 milyard dollarını (64 faizi) ABŞ xərcləyib.
Avropalı NATO üzvləri və Kanadanın payı 2023-cü illə müqayisədə 19,4 faiz artaraq 468 milyard dollar təşkil edib. Hesablama 2021-ci ilin məzənnəsindən istifadə edilməklə aparılıb.
2023-cü ildə alyansın müdafiə xərcləri 1,180 trilyon dolları keçib. 2024-cü ildə bu rəqəm 123 milyard dollar artıb. Hesabatda qeyd edildiyi kimi, son 10 ildə NATO üzvlərinin ümumi hərbi xərcləri 700 milyard dollar artıb.
2014-cü ildə NATO bütün alyans ölkələrinin hərbi xərclərini 10 il ərzində ÜDM-nin faizinə çatdırmağı qarşısına məqsəd qoyub. Məlumata görə, təşkilatın 32 üzvündən 22-si bu tapşırığı yerinə yetirib. İyunun sonunda keçiriləcək Haaqa sammitində hərbi xərclər üçün yeni həddin müəyyən ediləcəyi gözlənilir ki, bu da 5 faizi keçə bilər.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ