Onlayn ictimai-siyasi qəzet
Suriya XİN başçısı BMT-nin Nyu-Yorkdakı qərargahında respublikanın yeni bayrağını qaldırıb.
Musavat.com xəbər verir ki, Suriyada 61 illik Baas rejiminin süqutundan sonra ölkənin bayrağı da dəyişib.
Suriya vətəndaş müharibəsi başladığı 2011-ci ildən bəri müxtəlif qruplar özlərini təmsil etmək üçün iki əsas bayraqdan istifadə ediblər. Bəşər Əsədin rəhbərlik etdiyi hökumət əvvəllər Birləşmiş Ərəb Respublikası tərəfindən istifadə olunan qırmızı-ağ-qara üçrəngli bayrağı, müxalifət isə yaşıl-ağ-qara üçrəngli bayrağı qəbul edib.
Yeni bayraq Suriyanın müstəqilliyinin və rejim dəyişikliklərinin simvolu olaraq qəbul edilir. Bu, Liviya üsyançılarının Qəddafi rejiminə qarşı istifadə etdiyi bayrağa bənzəyir.
@@TVmusavat/113718@@
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ