İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallının azadlığa buraxılmasına görə Prezidentə təşəkkür müraciəti

Tanınmış jurnalist və “Xural” Media Yayınları Evinin rəhbəri Əvəz Zeynallının azadlığa buraxılmasından sonra hüquq müdafiəçiləri, media nümayəndələri, ziyalılar və ictimai-siyasi xadimlər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür müraciəti ünvanlayıblar.

Musavat.com xəbər verir ki, bir neçə gün öncə həmin şəxslər prezidentə müraciət edərək, Əvəz Zeynallının həbsxanada ağır xəstəliyə tutulduğunu, sağlamlığının kritik vəziyyətdə olduğunu və humanist prinsiplərə əsaslanaraq azadlığa buraxılmasının vacibliyini qeyd etmişdilər.

Bu çağırışa çevik və müsbət reaksiya verən ölkə başçısının qərarı nəticəsində Əvəz Zeynallı artıq azadlıqdadır. Bu səbəbdən, müraciət müəllifləri bir daha Prezidentə təşəkkürlərini ifadə ediblər.

Təşəkkür müraciətində deyilir:

“Hüquq müdafiəçiləri, ziyalılar, media nümayəndələri, ictimai təşkilat rəhbərlərinin ünvanladığı müraciətə kifayət qədər çevik və müsbət cavab verildiyi üçün Sizə dərin minnətdarlığımızı bildiririk! Dünyada baş alıb gedən xaotik proseslər fonunda xalqımızın milli həmrəyliyə çox ehtiyacı olduğu dövrdə atdığınız bu humanist addım dövlətimizə əminliyimizi bir daha təsdiqləmişdir.”

Müraciət müəllifləri ümid edirlər ki, bu cür humanist yanaşmaların davamlı xarakter alması, cəmiyyətin dövlətə olan inamını daha da möhkəmləndirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR