Onlayn ictimai-siyasi qəzet
Bu mövsümdə də uğursuzluğa düçar olaraq avrokuboklardan kənar qalan "Neftçi"də ötən gün klubdaxili iclas keçirilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın rəhbər, texniki və məşqçi heyətinin yer aldığı toptantıda uğursuzluğun səbəbi müzakirə olunub. Baş məşqçi Samir Abasov heyətdəki problemləri və düzgün edilməyən transferləri əsas səbəb kimi təqdim edib.
47 yaşlı mütəxəssis hətta rəhbərliyə futbolçularla bağlı hesabat təqdim edib. O, komandadan göndərilməli olan oyunçuların siyahısını da açıqlayıb.
Abasov xüsusilə 5 futbolçu ilə əməkdaşlıqda ümumiyyətlə maraqlı olmadığını bildirib. Bunlar arasında yerlilərdən hücumçu Ramil Şeydayev də var. Digərləri isə legionerlər - müdafiəçi Robert Bauer, yarımmüdafiəçi Rafael Quzzo, vinger Alfa Konteh və hücumçu Dembo Darbodur. Ramil və Robertin müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Digər futbolçuların sözləşmələri isə 2026-cı ilin ilin iyununda başa çatacaq.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında 6-cı pillədə qərarlaşıb. Komandanın riyazi baxımdan avrokuboklara vəsiqə qazanmaq şansı olsa da, bu, real görünmür.
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ