İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atam analığımın sayəsində bu qədər yaşadı” - VİDEO

“Atamın səhhətində problemlər ondan yarandı ki, ürəyini anju etməyə razılıq vermədi. İnfarktla nəticələndi. Atam analığımla Naftalana istirahətə gedəcəkdi. Həmin gün yuxudan oyanıb deyib ki, həkimdən sənəd almalıyam. Sənədi almaq üçün gözləyərkən elə oturduğu yerdə dünyasını dəyişib”.

Bu sözləri müğənni Vüqar Muradov qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi 2 il əvvəl dünyasını dəyişən atasından söz açıb:

“Analığım bizim başımızın tacıdır. Hər zaman bizim yanımızdadır. O illərdir ki, atamın və bizim əziyyətimizi çəkib. Atam onun sayəsində bu qədər yaşadı. Bəlkə də atam tək qalsaydı bu yaşa gəlib çatmazdı. Çünki o xanım atama həm ata, həm ana, həm bacı, həm qardaşı, həm də dost oldu. O dürüst qadındır. Mən özüm də ona baş çəkirəm, onunla maraqlanıram. Bu mənim borcumdur”.   (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR