İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə Bakıda təcili ENİŞ ETDİ- SENSASİON HADİSƏ


Dubaydan Moskvaya uçan təyyarə, sərnişinin sərxoş halda digər yolçulara qarşı qeyri-etik davranışları və dava salması səbəbindən Bakı aeroportunda təcili eniş edib.

Musavat.com xəbər verir ki, təyyarə reysi SU0525-ə minən Aleksandr, alkoqol qəbul edərək sərnişinlərə qarşı təhqiredici sözlər işlədib və onlara fiziki müdaxilə edib. O, digər sərnişinləri "çurban" adlandıraraq onları təhqir edib və stüardessaların müvafiq tələblərinə məhəl qoymayıb.

Yolçular və stüardessalar etiraz edərək həmin sərnişini təyyarədən kənarlaşdırmağa çalışıb və təyyarə Bakıya təcili eniş edib. 

Təyyarə enən kimi polislər həmin şəxsi saxlayıb və salondan çıxarıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR