İnsanlara hürriyət, millətlərə istiqlal!

Alsu ilə eks-həyat yoldaşının barışdığı deyilirdi, amma...

Rusiyalı müğənni Alsunun 18 illik evliliyindən sonra qalmaqallı boşandığı keçmiş həyat yoldaşı Yan Abramovla barışdığı iddia olunub.

Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, cütlük Savyolovski Məhkəməsində barışıq sazişi bağlayıb.

Lakin biznesmenin vəkili Aleksandr Dobrovinski teleqram kanalında bunu təkzib edib. O, bildirib ki, cütlük 10 milyard rubldan çox dəyərində olan əmlakı, o cümlədən mənzillər, bağ evləri, avtomobillər, parkinq yerləri və şirkətlərdəki payları bölür. Dobrovinskinin sözlərinə görə, əvvəlcə Alsou 2,5 milyard rubl təzminat və barışıq sazişindən imtina edib.

"Savyolovski Məhkəməsində barışıq sazişi bağlanmayıb. Bütün təfərrüatlar tezliklə məlum olacaq" deyə, vəkil vurğulayıb.

Qeyd edək ki, müğənni və iş adamı 2024-cü ilin avqustunda boşanıb. Onların üç övladı var: Safina, Mikella və Rafael. Uşaqlar anaları ilə yaşayır.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR