İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun keçmiş baş katibi Rasmussen: "Alyans Ukraynaya qoşun göndərə bilər"

NATO-nun keçmiş baş katibi Rasmussen Ukraynaya kömək üçün alyans qoşunlarının göndərilməsinin mümkünlüyünü etiraf edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, alyansın keçmiş baş katibi Anders Foq Rasmussen The Guardian-a müsahibəsində bildirib ki, NATO qoşunları Ukraynadakı münaqişədə birbaşa iştirak edə bilər, 

Rasmussen deyib ki, əgər NATO-ya üzv dövlətlər, o cümlədən ABŞ Vilnüs sammitində Kiyevə “real təhlükəsizlik zəmanəti” verməsələr, NATO ölkələri Ukraynaya qoşun göndərmək istəyə bilər.

Keçmiş baş katib həmçinin vurğulayıb ki, Kiyev “Vilnüsdə heç nə əldə etməsə”, Baltikyanı ölkələr və Polşa yardım üçün Ukraynaya qoşun göndərmək üzrə “istəklilər koalisiyası” yarada bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR