İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik vasitələrin satışını həyata keçirən 1 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Məhəmməd Salmanov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

DİN-dən Musavat.com-a verilən məlumata görə, Məhəmməd Salmanov heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq niyyəti ilə aldığını qeyd edib.

Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR