İnsanlara hürriyət, millətlərə istiqlal!

"Namaza oyanmışdım, binanın uçduğunu gördüm" - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda, Mövlana məhəlləsində yerləşən yeddimərtəbəli bina naməlum səbəbdən çöküb.

Hadisə yerinə çoxsaylı axtarış-xilasetmə qrupları cəlb olunub.

Dağıntılar altında qalanların Bilir ailəsi - Levent Bilir, həyat yoldaşı Əminə Bilir və uşaqları Nisa, Dilarə və Məhəmməd Əmir olduğu müəyyən edilib. Ailənin binada təxminən iki ildir yaşadığı bildirilir. Ata Levent Bilirin təmirçi kimi çalışdığı məlum olub.

Şahid Həsən Durbaba bildirib ki, "Səhər namazına qalxanda binanın böyük gurultu ilə çökdüyünü gördüm. Qaçanda artıq tamamilə yerə girmişdi. Dostum və ailəsi dağıntıların altındadır".

Sakinlərin sözlərinə görə, bina iki il əvvəl altından metro xətti keçdiyi üçün mütəmadi yoxlamalara məruz qalıb. Hər 15 gündən bir binada əyilmə və ya çat olub-olmadığı yoxlanılırmış.

Məlumata əsasən, bina Balıkəsir zəlzələsində zədələnmiş ola bilər. Hazırda beş nəfərin xilas edilməsi üçün əməliyyatlar davam edir.\\Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR