İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Çinə qarşı

“ABŞ ilə Yaponiya arasındakı alyans Çinin hərbi aqressiyasının qarşısını almaqda həlledici rol oynayır”.

Musavat.com xəbər verir ki, belə bir açıqlama Pentaqonun rəhbəri Pit Heqset tərəfindən yeni ABŞ-Yaponiya ittifaqının qurulmasından bir gün sonra gəlib.

Həmin açıqlama ABŞ prezidenti Donald Tramp və Yaponiyanın yeni baş naziri Sanae Takaiçi arasında çərşənbə axşamı baş tutan ilk görüşdən sonra səsləndirilib. Görüşün əsas mövzularından biri təhlükəsizlik məsələləri olub.

Yaponiya ilə Çin arasındakı münasibətlərin pisləşməsi fonunda Tokio getdikcə daha sərt hərbi mövqe tutur.

“Regionda yaranan fövqəladə hallara cavab vermək və ölkəmizin təhlükəsizliyini Yaponiya ilə çiyin-çiyinə təmin etmək üçün alyansımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”, - deyə Heqset Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi ilə Tokioda keçirilən görüşdə bildirib.

Baş nazir Takaiçi ötən həftə bəyan edib ki, hökuməti daxili ümumi məhsulun (ÜDM) 2 faizi həcmində müdafiə xərclərinə çatmaq məqsədinə bu maliyyə ili ərzində, yəni planlaşdırılandan iki il əvvəl nail olacaq. ABŞ isə Yaponiyada yerləşən təxminən 60 min hərbçisi ilə Tokiodan daha çox xərcləməyi, NATO-nun iyunda müəyyən etdiyi kimi, ÜDM-in 5 faizi səviyyəsinə yaxınlaşmağı istəyir.

Koidzumi bu gün bu planı bir daha təsdiqləyib.

“Biz bu maliyyə ili ərzində ÜDM-in 2 faizi səviyyəsinə çatmaq üçün tədbirlər görəcəyik. Yaponiyaya yaxın ərazilərdə raket potensialının ciddi şəkildə gücləndirildiyi bir şəraitdə, raketə qarşı müdafiə imkanlarını davamlı şəkildə artırmaq olduqca vacibdir”, - deyə o, Tokiodakı görüşdə Heqsetə bildirib.

Çərşənbə axşamı “Corc Vaşinqton” adlı ABŞ hərbi gəmisində Donald Trampla birgə çıxış edən Takaiçi yüzlərlə dənizçidən ibarət auditoriya qarşısında vurğulayıb ki, Yaponiya müdafiə qabiliyyətinin əsaslı şəkildə gücləndirilməsinə sadiqdir və ölkəsi misilsiz təhlükəsizlik təhdidləri ilə üz-üzədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR