İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni Kərim toyda dalaşdığı şəxslərlə BARIŞDI: "Söhbət bağlandı"

Müğənni Kərim Abbasov ötən ilin sentyabrında iştirak etdiyi məclislərin birində fonoqram oxuduğu üçün dalaşdığı şəxslərlə barışıb.

Musavat.com ATV-yə istinadən xəbər verir ki, bu barədə ifaçı verilişlərin birində deyib.

"O söhbət bağlandı, barışıq oldu. Gəldilər və danışdıq, razılıq əldə olundu. Elə kəlmələr var ki, onlar mənə yaraşmır. Dava ola bilər, bir nəfərə təpik, birinə də yumruq dəyə bilər. Amma döyülmək məsələsi olmayıb və ola da bilməz", - deyə sənətçi bildirib.

Qeyd edək ki, Kərim ötən il verilişlərin birində həmin şəxsləri bağışlamağa hazır olduğunu bildirmişdi. O, bunun səbəbini isə belə izah etmişdi:

"Baxmayaraq ki, toyda istifadə etdiyim qulaq cihazı və səs aparatım qırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onların həbs olunmasını istəmirəm. Çünki hərəsinə bir cəza verəcəklər, onların balalarının gözünü yolda qoymaq istəmirəm".

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR