İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyinin daha 3 polkovniki vəzifəsindən KƏNARLAŞDIRILDI

Müdafiə Nazirliyinin daha 3 vəzifəli zabitinin işdən azad olunduqları bildirilir.

Musavat.com Bizim.Media-ya istinadla bildirir ki, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilov, Quru Qoşunlarının Əməliyyat idarə rəisi, polkovnik Allahverdi Hacıyev və Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov tutduqları vəzifədən azad olunublar.

Onların yaş həddi ilə bağlı tutduları posdan uzaqlaşdırıldığı bildirilir. Belə ki, hər üç polkovinikin yaşı 60-dan çoxdur.

Digər məlumata görə, işdən azad edilən polkovniklər bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılan Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovun yaxın adamlarıdır. Hətta Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilovun Nizam Osmanovla sinif yoldaşı olduğu bildirilir.

Xatırladaq ki, bundan əvvəl də Müdafiə Nazirliyinin 4 yüksək vəzifəli şəxsinin işdən azad olunduğunu xəbər vermişdik. Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev, Müdafiə Nazirliyinin İnspektorlar qrupunun üzvü general-mayor Qədir Nəsibov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov və Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanov tutduqları vəzifədən azad ediliblər.

Onlardan ikisinin - Nizam Osmanov və Elxan İbrahimovun vəzifəslərini itirdikləri rəsmi təsdiqini tapıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR