Onlayn ictimai-siyasi qəzet
Moskva meri Sergey Sobyanin "Telegram" kanalında 15 dəqiqəlik fasilə ilə iki paylaşım edərək, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə qüvvələrinin Moskvaya doğru uçan iki pilotsuz uçuş aparatını vurduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, əlavə təfərrüatlar verməyib.
Bu paylaşımın ilk versiyasının yayımlandığı anda Moskva meri üçüncü vurulan dron barədə də məlumat verib.
"Rosaviatsiya"nın mətbuat katibi Artyom Korenyako bildirib ki, Moskvanın Vnukovo və Domodedovo hava limanları, eləcə də Moskva vilayətində yerləşən Jukovski hava limanı müvəqqəti olaraq təyyarə qəbul etmir və uçuşlar həyata keçirilmir.
Onun sözlərinə görə, bu məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Musavat.com
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ