İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan açıq HƏDƏ: Cavab daha GÜCLÜ silahlarla olacaq - Polkovniklə CANLI

Moskva Qərb silahları ilə Rusiyaya qarşı hücumlara cavab verəcək. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. Onun sözlərinə görə, Rusiya şəhərlərinə hücumlar olarsa, buna cavab veriləcək və bu cavab daha güclü silahlarla olacaq.

Volodin qeyd edib ki, ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şotls və Fransa prezidenti Emmanuel Makron Rusiyanı qarşısıalınmaz nəticələrə səbəb olacaq münaqişəyə təhrik edə bilər, bunun qarşısı alınmalıdır.

Kursk vilayətində Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinə təslim olmasına dair yeni görüntülər yayılıb. Bununla bağlı Ukrayna Quru Qoşunlarının general-leytenantı Aleksandr Pavlyuk video paylaşıb.

Qeyd olunur ki, Ukrayna hərbçiləri Sudja istiqamətində 13 rus hərbçisini əsir götürüb, onlardan 4-ü ağır yaralı olub: “Düşmən 5 gün davam edən şiddətli döyüşlərdən sonra susuz və sursatsız qalıb. Nəticədə ağ bayraq qaldırıblar”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı polkovnik Şair Ramaldanovdur.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR