Onlayn ictimai-siyasi qəzet
Moskvadakı hava limanlarında ciddi sıxlıq yaranıb.
Musavat.com xəbər verir ki, 9 May Qələbə Paradı öncəsi Ukraynanın pilotsuz uçan aparatlarının hücumları nəticəsində bir neçə rus aviaşirkəti onlarla uçuşu ləğv edib.
Məlumata görə, Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” çərşənbə günü 52 uçuşu ləğv edib və 54 uçuşu təxirə salıb. Bu səbəbdən, Moskvaya və Moskvadan olan ümumilikdə 140-dan çox uçuş təxirə salınıb.
Təxirə salınan uçuşlar “Aeroflot” və onun törəmə şirkəti “Rusiya”nın Şeremetyevo və Vnukovo hava limanlarından həyata keçirilən reysləri əhatə edir. "İnterfaks"ın məlumatına əsasən, təxirə salınan reyslər Şeremetyevo və Vnukovo hava limanlarında baş verib.
Hazırda, Moskvaya uçan və Moskvadan gedən uçuşlar arasında ciddi sıxlıq yaranıb və təxirə salınan uçuşlarla bağlı yeni xəbərdarlıqlar gözlənilir.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ