İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixail Podolyak: “Rusiya-NATO savaşı yoxdur, biz özümüz rusların öhdəsindən gəlirik”

“Rusiya yalnız Ukrayna ilə müharibə aparır, NATO və ya Qərblə deyil...”.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Twitter səhifəsində yazıb.

Podolyakın fikrincə, Rusiya özünün düşdüyü bataqlığa, savaşa aldığı məğlubiyyətlərə, işğalçı ordusunun qaytarılması mümkün olmayan itkilərin sayına haqq qazandırmaq üçün Qərbi bəhanə olaraq göstərir.

"Rusiya artıq 69 gündür ki, Ukraynanı bitirməyə çalışır. Lakin payını artıqlaması ilə alır", - deyə prezident aparatı rəhbərinin müşaviri qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR