İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyana sui-qəsdin daha bir fiqurantı həbs edildi- VİDEO

Xəbər verildiyi kimi, dünən Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) xarici işlər naziri Ararat Mirzoyanı öldürməyə cəhddə şübhəli bilinən vətəndaşlardan birini saxlayıb.

Bu gün isə yerli media 2020-ci il noyabrın 10-da Ararat Mirzoyana sui-qəsd cəhdi ilə bağlı iş üzrə daha bir ittiham olunan şəxsin saxlanıldığını yazıb. Bu Gevorq İsraelyandır. Maraqlıdır ki, İsraelyan cinayətkar subkulturoloji qrup yaratmaqda və ona rəhbərlik etməkdə ittiham olunur.

Ararat Mirzoyana sui-qəsd edən şəxs həbs edilibXatırladaq ki, İrəvan rəhbərliyi 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktını imzaladıqdan sonra vətəndaşlar gecəylə Ermənistan parlamentinin binasına soxulmuşdular. Həmin vaxt parlamentdə, eləcə də hökumət daçalarında iğtişaşlar oldu. Mirzoyanın avtomobilini Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində görən qəzəbli kütlə maşını saxlayıb. Onlar Mirzoyanı maşından sürüyərək düşürdükdən sonra döyməyə başlayıblar. Başına dəyən təpiklərə görə eks-spiker huşunu itirib, üz sümükləri isə sınıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR