İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdə yaşlı adamın yaşadığı vaqon yandı - VİDEO

Mingəçevirdə baş verən yanğın nəticəsində yaşlı kişi tüstüdən zəhərlənib. Hadisə şəhərin Energetiklər massivinin “Vaqonlar” adlanan ərazisində qeydə alınıb.

Qəfildən başlayan alov tez bir zamanda ətrafa yayılıb. Əraziyə yanğınsöndürənlər çağırılıb.

Hadisə zamanı evdə tək yaşayan Əziz Daşdəmirov tüstüdən zəhərlənib. Yaşlı kişi xəstəxanaya çatdırılıb.

Zərərçəkənin oğlu bildirib ki, atasının borcu olduğuna görə qazını kəsiblər, bu səbəbdən odun yandırırdı.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 24 m² olan dəmir və taxta konstruksiyadan ibarət üç otaqlı vaqon tipli evin bir otağında döşəmə 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisənin başvermə səbəbləri araşdırılır. 

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR