İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevir su anbarından suyun buraxılması təmin edilib - RƏSMİ

Salyan rayonunun yeganə su mənbəyi Kür çayıdır. Müəyyən vaxtlarda burda suyun götürülməsində çətinliklər olsa da, görülmüş tədbirlər nəticəsində hazırda rayonda nasos stansiyalarının işləməsində heç bir çətinlik yoxdur.

Musavat.com-un bölgəyə ezam edilmiş müxbiri xəbər verir ki, əkin sahələri tələbata uyğun suvarma suyu ilə təmin olunur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov məlumat verib ki, bütün rayonlar üzrə, əsasən də Mingəçevir su anbarından aşağıda yerləşən rayonlarda ötən illərdə müəyyən çətinliklər olub: "Buna görə də müvafiq tapşırığa əsasən bütün rayonlar üzrə su tələbatı müəyyən edilərək Nazirlər Kabineti tərəfindən təsdiq edilib və Mingəçevir su anbarından buraxılacaq suyun həcmi aylar üzrə müəyyənləşdirilib.

Ötən gündən etibarən iyun ayı üzrə Mingəçevir su anbarından 160 kub metr suyun buraxılması təmin edilib. Əvvəl bu, rəqəm 110 kubmetr olub. Bu barədə heç bir çətinlik olmamalıdır".

Q.Kərimov onu da qeyd edib ki, Salyan respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir:"Rayonun 46 min hektar əkin sahələri, əsasən taxıl, pambıq, yem bitkiləri, bostan, tərəvəz bitkiləri, eyni zamanda həyətyanı sahələrin suvarılması da Kür çayının nasos stansiyaları vasitəsilə təmin edilir. Salyan rayonunun bütün suvarma sistemləri mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsilə çalışır".

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR