İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikayıl Cabbarov Avropa çempionu olan Azərbaycan güləşçilərini təbrik edib

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Azərbaycanın yunan-Roma güləşçilərini Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olması münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçirilir. Bu gün başa çatan yunan-Roma güləşi üzrə yarışda millimiz komanda hesabında ilk dəfə Avropa çempionu oldu. Milli komandamızın üzvləri Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazandı. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram", - nazir qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR