İnsanlara hürriyət, millətlərə istiqlal!

“MİDA-nın prosesində uduzan şəxslər bu məsələnin qurbanı olub” – AÇIQLAMA

“Mən də MİDA-nın güzəştli mənzillərin satışa çıxarılması prosesinin ləğv edilməsi, lotereya üsuluna keçilməsinin tərəfdarıyam”.

Bu sözləri İT mütəxəssisi Elvin Abbasov Musavat.com-a açıqlamasında deyib.

ELVİN SON.jpg (422 KB)

Mütəxəssis budəfəki prosesi yaxından müşahidə etdiyini və qurumun sistemində texniki problemlər baş verdiyini vurğulayıb:

“MİDA-nın bu fəaliyyətini yaxından izlədim. Hətta bir neçə jurnalist ofisimdə bu prosesdə iştirak etdi. Müşahidə etdiyim qədərilə, heç kəs ev uda bilmədi, səbəb isə texniki problemlər idi.

Ötən illərdə MİDA elektron imza, digər qurumlardan gələn servislərlə, kibertəhlükəsizliklə əlaqəli problemlərlə üzləşirdisə, bu dəfə yalnız sistemdə yaranan texniki problemlə üzləşdi. Bu prosesdə ev udan insanlar real əməyi ilə bunu əldə etdilər, udmayanlar isə sadəcə sistemin qurbanı oldular. Bəlkə də udmayan insanlar daha sürətli idi. Lakin təəssüf ki, sistemdə texniki problemlər baş verdi və insanlar bundan narazıdırlar.

Beləliklə, MİDA-nın budəfəki prosesi ötən illərlə müqayisədə qismən uğurlu oldu, lakin texniki problemlər yaşandı. Digər həmkarlarımın fikirlərinə şərik olaraq mən də bildirirəm ki, bu proses lotereya üsulu ilə əvəz edilə bilər. Belə daha ədalətli olar. Çünki rəqəmsallaşmanın yaratdığı bu problemlər kütlənin böyük narahatlığına səbəb olur və bu, artıq həm ölkə, həm də qurumun imici üçün problemdir”.

FERİD.jpg (56 KB)

Xatırladaq ki, İT mütəxəssisi, tanınmış texnobloger Fərid Pərdəşünas MİDA-nın keçirdiyi prosesə münasibət bildirərkən “Hələ də donma, tutulma, sırf texniki məsələyə görə narazılıq yaranırsa, MİDA, ümumiyyətlə, bu işin daşın atmalıdır. Artıq bu seçimlərə heç kimin nə güvəni, nə də inamı qalıb. Bu proses, ümumiyyətlə, ləğv edilməli, lotereya üsuluna keçilməlidir”, deyə fikirlər səsləndirmişdi.

Qeyd edək ki, iyulun 29-da Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1189 mənzilin seçim prosesi keçirilib. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlının sözlərinə görə, 1022 mənzil üzrə seçim ərizələri imzalanıb, 167 mənzil seçilib.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR