Onlayn ictimai-siyasi qəzet
Rusiya donanmasını NATO ilə mümkün müharibə vəziyyətində Avropanın dərinliklərindəki hədəflərə qarşı nüvə başlıqlı raketlər buraxmağa hazırlayıb.
Musavat.com xəbər verir ki, bunu “Financial Times” qəzetinin əldə etdiyi məxfi sənədlər sübut edir.
Məlumata görə, sənədlər 2008-2014-cü illər arasında tərtib edilib.
Burada həmçinin Qara və Xəzər dənizlərində, eləcə də Sakit okeanda mümkün münaqişə ssenariləri, o cümlədən Azərbaycan, Çin, İran və Şimali Koreya kimi Rusiyanın hazırkı müttəfiqləri ilə mümkün müharibələr təsvir edilib.
Qəzet yazır ki, 2008-2014-cü illər arasında tərtib edilən sənədlər həm adi döyüş başlıqlarını, həm də taktiki nüvə silahlarını daşıya bilən raketlər üçün hədəflərin siyahısını ehtiva edir.
“Financial Times”ın məqaləsində vurğulandığı kimi, bu xəritələr operativ istifadə üçün deyil, təqdimat məqsədləri üçün tərtib edilib. Xəritələrdə Avropadakı Rusiya donanması üçün 32 hədəf göstərilir.
Qeyd olunub ki, Rusiya Baltik Donanmasının hədəfləri ilk növbədə Norveç və Almaniya, o cümlədən Bergendəki (Norveç) dəniz bazası, həmçinin radar və xüsusi təyinatlıların obyektləridir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ