Onlayn ictimai-siyasi qəzet
Argentina millisinin kapitanı Lionel Messi yığma komandada sonuncu rəsmi ev oyununa çıxdığını açıqlayıb.
Venesuela ilə keçirilən və 3:0 hesabı ilə başa çatan Dünya Kuboku seçmə mərhələsi matçında Messi iki qol vuraraq komandasına qələbə qazandırıb.
Oyundan sonra 38 yaşlı ulduz futbolçu emosional açıqlamalar verib:
"Aydındır ki, bu gün xal uğrunda son dəfə burada oynadım. Özümü yaxşı hiss etdiyim müddətcə meydanda olmaqdan həzz alıram, əks halda oynamaq istəmirəm. Burada xalqımla yaşadıqlarım həyatımın ən unudulmaz anlarıdır" .
Messi həmçinin bildirib ki, 2026-cı il Dünya Kuboku çox güman ki, onun son beynəlxalq turniri olacaq./Milli.Az
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ