İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türkiyəli müğənni qəzaya düşdü

Tanınmış türkiyəli müğənni Yıldız Tilbe qəza keçirib.

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, müğənni Yıldız Tilbe İstanbulun Maltəpə ərazisində yol qəzası keçirib. Toqquşma nəticəsində Yıldız Tilbenin toqquşduğu motosiklet sürücüsü yaralanıb.

Qəzadan sonra avtomobilindən düşən Tilbe yerə yıxılan motosikletçinin yanına qaçıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Motosiklet sürücüsü təcili yardıma mindirilənə qədər Yıldız Tilbe yanından ayrılmayıb.

Qəza nəticəsində motosiklet sürücüsü yüngül xəsarət alıb və xəstəxanaya aparılıb.

Daha sonra Tilbenin polis bölməsinə gedərək ifadə verdiyi məlum olub.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR