Onlayn ictimai-siyasi qəzet
Məşhur firmanın ət məhsullarında ölümcül bakteriya aşkarlanıb.
Türkiyənin Təsərrüfat və Meşə Nazirliyi insanların sağlamlığını təhlükəyə atan qida məhsullarına qarşı yoxlamalar aparır və bu çərçivədə aparılan araşdırmaların nəticəsi olaraq Türkiyənin ən böyük ət istehsalçılarından biri olan Şenpiliç firmasının "Annemin Köftesi Piliç Kasap Köfte" məhsulunda ölümcül bakteriya aşkarlanıb.
Nazirlik əməkdaşlarının adıçəkilən məhsuldan götürdüyü nümunələr laboratoriyada araşdırıldıqda insan sağlamlığı üçün təhlükəli sayılan "Listeria monocytogenes" bakteriyasına rast gəlinib və məhsulun satışdan yığışdırılması üçün göstəriş verilib.
Qeyd edək ki, "listeria monocytogenes" - insanlara qida yolu ilə keçən, ciddi infeksiyalara səbəb ola bilən təhlükəli bakteriyadır. Xüsusilə az bişmiş ət, pasterizə olunmamış süd məhsulları və soyudulmuş hazır yeməklərdə tapıla bilər. Soyuqda belə çoxalma qabiliyyəti var. Ən çox hamilə qadınlar, körpələr, yaşlılar və immun sistemi zəif olanlar risk altındadır. Yoluxma qızdırma, ürəkbulanma, əzələ ağrıları ilə başlayır, ağır hallarda menenjit və ölümə səbəb ola bilər. Qorunmaq üçün qidalar tam bişirilməli, təmizliyə diqqət yetirilməlidir./Milli.az/
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ