İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur Azərbaycan şirkətinə xanım rəhbər təyin edildi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsinə İdarə Heyətinin sədri vəzifəsinə Natəvan İbrahimova təyin edilib.

Natəvan İbrahimova karyerasına 2005-ci ildə "Veysəloğlu Distribusiya” şirkətində proqram inzibatçısı kimi başlayıb və müxtəlif illərdə büdcələmə və hesabatvermə, xərclərə nəzarət sahələri üzrə rəhbər vəzifələrdə işləyib. O, 2014-cü ildə Maliyyə Direktoru vəzifəsinə yüksəlib. Natəvan İbrahimova eyni zamanda böyük rəqəmsal transformasiya mərhələsində olan Veysəloğlu Şirkətlər Qrupundakı SAP layihəsinə rəhbərlik edib.

Qeyd edək ki, 2016-2022-ci (iyul, 2022) illər ərzində "OBA” marketlər şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Vüsal Şərifov hazırda Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, startaplar, yeni biznes və inkişaf layihələrinin idarəedilməsinə cavabdehdir.\\Qaynarinfo

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR